Modern.az

ARDNŞ ötən il xaricə 227 min 184 ton avtomobil benzini satıb

ARDNŞ ötən il xaricə 227 min 184 ton avtomobil benzini satıb

5 Yanvar 2010, 18:25

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin dekabr ayında Novorossiysk limanından 139 min 442 ton xam neft ixrac edib. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən xəbər verilib. 2009-cu ilin yanvar-dekabr ayları ərzində həmin istiqamətdə 2 milyon 479 min 971 ton xam neft ixrac edilib. Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 barreli 74,28 dollara, Ural nefti – 73,88 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 barreli isə 75,20 dollara satılıb.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin dekabr ayında 11 min 612 ton avtomobil benzini, 98 min 333 ton dizel yanacağı, 6 min 334 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, 2009-cu ilin yanvar-dekabr ayları ərzində 227 min 184 ton avtomobil benzini, 1 milyon 434 min 962 ton dizel yanacağı, 271 min 727 ton təyyarə yanacağı, 34 min 497 ton soba mazutu ixrac edilib. 2009-cu ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 669,50 dollar, təyyarə yanacağının – 646,51 dollar, dizel yanacağının – 592,49 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 447,46 dollar təşkil edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir