Modern.az

Cəlilabadda xəstəxanaya daha 29 nəfər yerləşdirildi - Koronavirus şübhəsi

Cəlilabadda xəstəxanaya daha 29 nəfər yerləşdirildi - Koronavirus şübhəsi

Aktual

26 Fevral 2020, 14:46

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusa yoluxma ehtimalı ilə bağlı məlumat açıqlayıb.

 

Qurumlardan Modern.az-a daxil olan birgə məlumata görə, bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub:

 

“Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır”.

 

Qeyd edilib ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib:

 

“Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı