Modern.az

İƏT-in baş katibi Xocalı ilə bağlı bəyanat verdi

İƏT-in baş katibi Xocalı ilə bağlı bəyanat verdi

26 Fevral 2020, 14:53

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Modern.az-ın məlumatına görə, Baş katib bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Xocalı faciəsi baş verib.

 

Bəyanatda xatırlanıb ki, İƏT Nazirlər Şurasının 2019-cu ildə Abu-Dabidə keçirilmiş 46-cı sessiyasında Azərbaycan ərazilərində mülki azərbaycanlılara qarşı törədilən əməllərə qiymət verilib.

 

“Bu əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib”, - deyə bəyanatda bildirilib.

 

Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir