Modern.az

Gəncəlilər Xocalı abidəsini ziyarət etdilər

Gəncəlilər Xocalı abidəsini ziyarət etdilər

Aktual

26 Fevral 2020, 15:32

Gəncədə Xocalı faciəsinin qurbanlarının 28-ci ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də baş tutan ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib.

 

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

 

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

 

Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir