Modern.az

Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

26 Fevral 2020, 15:50

Goranboy rayonunda xocalıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər  rəhbər şəxsləri, Faciənin canlı şahidləri, Milli Qəhrəmanlar, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

 

Tədbirə rayon mərkəzindən Xocalı Soyqırımı Abidəsi önünədək yürüş aksiyası ilə başlanılıb, iştirakçılar abidə önünə tər gül  dəstləri qoyublar.

 

Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bir qətliam, vandalizm faktı olduğunu bildirib və bu hadisəyə ilk siyasi-hüquqi qiymətin Umummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.

 

Sonda Rayon Mədəniyyət şöbəsinin aktyorlarının ifasında “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr edilmiş  ədəbi –bədii kompozisiya nümayiş etdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu