Modern.az

Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb?

Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb?

27 Fevral 2020, 09:05

"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

 

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyi də açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir