Modern.az

Bakı polisindən koronavirus AÇIQLAMASI

Bakı polisindən koronavirus AÇIQLAMASI

28 Fevral 2020, 15:38

"Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb". 

 

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

 

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.

 

Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar