Arxiv
1 mart 2020, 15:06 | ANALİTİKA
Nəhənglərin mənafelərinin toqquşduğu SURİYA

Ərazisi beynəlxalq güclərin poliqonuna çevrilmiş Suriyanın müstəqillik yaşı cəmi 75 il olsa da tarixi çox qədimdir. Əməvilər zamanında ( 661-750 ) xilafətin paytaxtı Suriyanın Dəməşq şəhəri olub. Sonralar burada hülakülər hökmranlıq edib. Suriya bir müddət  teymurilərin də ərazisinə çevrilib, 1517-1920-ci illərdə Osmanlı imperiyasının tərkibinə qatılıb, 1920-1946-cı illərdə isə Fransanın işğalına məruz qalıb.  Sovet dövlətinin tələbi ilə 1946-cı ildə fransız ordusu Suriyadan çıxıb və 17 aprel 1946-cı ilə Suriya öz müstəqilliyini elan edib. Suriya elə o vaxtan SSRİ-yə rəğbət bəsləmiş, bu münasibəti SSRİ-nin siyasi varisi Rusiya ilə  indiyə qədər də davam etdirməkdədir. Xatırladaq ki, SSRİ dağılanədək Suriyaya 26 milyard dollar həcmində  hərbi silah və texnika satıb. Suriya hər zaman Sovet dövlətini və onun siyasi varisi Rusiyanı  dəstəkləyən qərarlar qəbul edib.

Suriyanın Tərtus şəhərindən təqribən 15 km aralıda  Sovet dövlətinin yaratdığı və  indi Rusiyaya məxsus geniş hərbi baza mövcuddur və Aralıq dənizinin sahilində yerləşən bu hərbi baza Rusiya üçün son dərəcə önəmlidir. Rusiya 2005-ci ildə Suriyanın Sovet hökumətindən qalma  15 milyardlıq borcunun 10 milyardını silib. Suriya da bunun müqabilində minnətdarlıq əlaməti olaraq  ancaq Rusiyadan silah-sursat almaqdadır.

Suriya 1970-ci ildən bu günə qədər bir ailənin hakimiyyəti altındaır. 1966-cı il hərbi çevrilişindən sonra ölkənin müdfiə naziri vəzifəsi tutmuş mərhum Hafiz Əsəd 12 noyabr 1970-ci ildə başqa bir hərbi çevrilişlə prezidənt vəsifəsini icra etməyə başlamış, 12 mart 1971-ci ildə isə yekdilliklə Suriyanın prezidenti seçilmiş, ölənədək, yəni, 10 iyun 2000-ci ilədək bu vəzifədə qalmışdır. Hafiz Əsədin  vəfatından həmən sonra Suriya parlamenti ölkənin konstitusiyasında dəyişiklik etmiş, prezidentlik üçün yaş senzini 40 yaşdan 34 yaşa endirmiş, mərhum prezidentin oğlu, 1965 təvəllüdlü Bəşar Əsədin iqtidar gedən yoluna yaşıl işıq yandırmışdır. Az sonra Bəşar Əsəd alternativsiz olaraq  97 faizlə prezident seçilmiş və 20 ildir bu vəzifəni davam etdirir.  O  həmin  nəticəni 2007-ci il seçkilərində də təkrarlamışdır.

 

Vətəndaş müharibəsi şəraitində keçirilən və müxalifətin boykot etdiyi 2014-cü il seçkisini Bəşar Əsəd 88,7 faiz səslə qazanmışdır. İxtisasca göz həkimi olan Bəşar Əsəd 1991-1994-cü illərdə Londonda internatura keçmiş və ordinaturada oxumuşdur. Bütün suriyalıların gələcək prezident kimi gördükləri, hətta Hafiz Əsədi böyük oğul Bəsilin şərəfinə Əbu Bəsil- Bəsilin atası” adlandırdıqları   Bəsilin müəmmalı şəkildə avtomobil qəzasında həlak olmasından sonra  xəstə ata Hafiz Əsəd kiçik oğlunu dərhal Londondan geri çağırmışdır. Yeri gəlmişkən, Bəşar Əsədin ixtisasca kompüter texnoloqu və ədəbiyyatşünas olan xanımı Əsma Əsəd ( 1975 ) Böyük Britaniya vətəndaşıdır.

2014-cü ilə qədər Bəşar Əsəd haqqında, demək olar ki,  susan qərb dünyası seçkinin nəticələrini tanımadığını bildirdi. ABŞ başda olmaqla Qərbin Bəşar Əsədə bu münasibəti  2011-ci ilin mart ayından  hərbi toqquşmalar getdiyi Suriyada hadisləri daha da alovlandırmış,  məhəlli  konfliktlər tədricən genişlənərək beynəlxalq güclərin də iştirak etdiyi  böyük meydan savaşına çevrilmişdir. İndi, sözün əsl mənasında, Suriya nəhənglərin mənafelərinin toqquşduğu məkandır.

Bu qarşıdurma təkcə Yaxın və Otra Şərq üçün deyil, bütövlükdə dünya üçün fəlakətlə nəticələnə biləcək müharibəyə çevrilə bilmək potensialının güncəlliyini qorumaqdadır. Koreyada, Vyetnamda və Əfqanıstanda qarşı-qarşıya gəlmiş dğnyanın iki nəhəngi bu gün Suriyada təkrar üz-üzədir. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya və onu müşayiət edən Çin hər dəfə ABŞ-ın Suriyada geniş miqyaslı hərbi əməliyyətlar aparmaq təklifinə qarşı çıxaraq veto haqlarını tətbiq edir. Boks termini ilə  ifadə etsək,  dəfələrlə  nokdaun olmuş Suriya heç cür nokaut vəziyyətinə düşmür.

Bir tərəfdə hökumət qüvvələri ( onları Rusiya və İran dəstəkləyir), digər tərəfdə isə 1963-cü ildən siyasi iqtidarda olan Bəəs partiyasının yarıtmaz fəaliyyətindən cana yığılmış, rejimə qarşı silahlı mübarizəyə başlamış müxalif düşüncəli xalq ( onları ABŞ və NATO dəstəkləyir ) bir-biri ilə ölüm-dirim mücadiləsindədir. Rejim əleyhdarları 1962-ci ildən davam edən fövqəladə vəziyyətin ləğvini, hakimiyyətdə varislik prinsipinin aradan qaldırılmasını, ölkədə demokratik seçkilər keçirilməsini, tələb edirlər.  

2015-ci ilin sentyabr ayından Rusiya silahlı qüvvələrinə mənsub hərbi birləşmələr Suriyada Əsəd rejiminə hərbi yardım göstərir. Bütün dünya bilir ki, Rusiyanın dəstəyi olmasa Bəşar Əsəd müxaliflərlə  əsla bacarmaz. Müxaliflərin təzyiqi ilə B. Əsəd bir çox güzəştlərə getmişdir. Məsələn, Suriyanın şimali- şərqində yaşayan kürdlərə pasportlar verilməyə başlanmış, ali təhsil müəssisələrində xanımların niqabla gəzməsi yasağı qaldırılmış, ölkədə 1962-ci ildən hökm sürən fövqəladə hal ləğv olunmuşdur. ABŞ və Avropa İttifaqı  isə Bəşar Əsədin  istefaya getməsində israrlıdır. Hətta  B. Əsədin 1984-cü ildən hakimiyyətə gəlmək istəyən, buna görə də ölkədən sürgün edilmiş doğmaca əmisi Rüfət Əsəd də onun getməsini istəyir.  NATO-ya bağlı qüvvələr zaman-zaman Əsəd qüvvələrinə dağıdıcı həmlələr həyata keçirirlər. Məsələn, 2018-ci ilin aprelində ABŞ, Böyük Britaniya və Fransa hərbi təyyarələri Əsədin mühüm hərbi bazalarına aviazərbələr endirmişdir.

1980-1988-ci ildə baş vermiş İran-İraq müharibəsində Suriya birmənalı şəkildə İranın tərəfini saxlamış, ona çox sayda maddi-hərbi yardım göstərmişdir. Suriyada müxalif qüvvələr Bəşar Əsədə qarşı çıxandan bəri  İran da öz hərbi müttəfiqinə hərtərəfli  kömək etməkdədir.   İran, eyni zamanda, mütəmadi olaraq Suriya ərazisindən faydalanaraq  Livanda fəaliyyət göstərən “Hizbullah” hərbi birləşmələrinə də dəstək verir. Londonda çıxan “Qardian” qəzetinin iddiasına görə, rəsmi Tehran Suriyada Əsəd əleyhdarlarının antihökumət çıxışlarını dağıtmaq üçün oraya əlavə canlı qüvvələr göndərmişdir. (Bax: https://www.theguardian.com/world/2011/may/08/iran-helping-syrian-regime-protesters)

Böyük Britaniyaya məxsus “Deyli Teleqraf” isə bildirir ki, Suriyada müxalifləri zərərsizləşdirmək üçün İrandan  xüsusi sneyperlər qrupu gətirilmişdir. Qərb mətbuatında ara-sıra  Suriyada fəaliyyət göstərən, yaralanan, həlak olan  yüksək rütbəli iranlı zabitlər haqqında yazılara rast gəlmək olur ( Bax: https://www.newyorker.com/news/news-desk/irans-generals-are-dying-in-syria )

Türkiyə ilə Suriya 911 km-lik ərazidə bir-biri ilə qonşudur. 1998- 2011-ci illər arasındakı  dövrü nəzərə almasaq, bu iki qonşu dövlətin münasibəti daim gərgin olmuşdur. Suriya həmişə Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etmiş, Türkiyənin cənub- şərqində  bölücülük fəaliyyəti göstərən silahlı terrorçu birliklərə rahat şəkildə Suriyada qaçıb sığınmasına imkan yaratmışdır. Rəsmi statistikaya görə, Suriya əhalisinin 7 faizi Bayat, Əfşar, Bəydilli, Düyər, Qınıq və Bayındır boylarına mənsub türkdür. Ərəblər onları türkmən adlandırır. 2018-ci ilin yanvarında Türkiyə Silalı Qüvvələri mənsublarının gerçəkləşdirdikləri  uğurlu “Zeytun budağı” əməliyyatı hamıya məlumdur. ABŞ Türkiyəyə təzyiq göstərmək üçün Suriya və İraq ərazilərindəki illeqal hərbi birləşmələrdən hər zaman istifadə edir. Türkiyə  buna qarşı dəfələrlə ABŞ-a öz narazılığını bildirsə də, amerikanlar ancaq  boş vədlər verirdilər.

Suriyadakı YPG və PYD yetkililəri sözdə müstəqillik uğrunda mübarizə aparmadıqlarını bəyan etsələr də, onların əsl məqsədlərinin PKK-nın İraqın şimalı, Suriyanın şimali-şərqi, İranın şimali-qərbi və Türkiyənin şərqi ilə cənubi-şərqindəki ərazilərdə müstəqil dövlət yatamaq uğrunda başlatdığı hərəkata dəstək olduğu aşkar şəkildə özünü büruzə verir.

2003-cü ildən Türkiyəyə qarşı aktiv fəaliyyətə başlayan YPG və PYD istər Avropadan, istərsə də Amerikadan artıqlaması ilə istənilən yardımı almaqdadır. Pentaqon 2015-2016-cı illərdə İŞİD-i  (İraq-Şam İslam Dövləti yaratmaq üçün mücadilə aparan silahlı ərəb millətçilər) neytrallaşdırmaq və zərərsizləşdirmək üçün YPG-yə hərbi və maliyə yardımını daha da artırmağa başlamışdı. Avropalı təəssübkeşlər də bu məsələdə maddi və mənəvi dəstəklərini heç əsirgəmirdilər. İŞİD mifi ortadan yox olduqdan sonra YPG bölgədə nüfuz sahibinə çevrilməyə başladı, müxtəlif yollarla Türkiyə ərazisinə keçərək fərdi və kiçik mobil qruplar halında fərqli yaşayış məntəqələrində təxribatçı fəaliyyətlə məşğul olanların sayı artdıqca, türk rəsmiləri bu barədə ABŞ başda olmaqla NATO üzvlərinə ciddi iradlarını bildirsələr də, hər dəfəsində “narahatlığa əsas yoxdur”, “hər şey nəzarətimizdədir” tipli cavablar verilirdi.

2016-cı ilin 12 avqustunda  bilavasitə Pentaqonun dəstəyi ilə Fəratın qərb sahilində yerləşən Menbici ələ keçirən YPG oradan Türkiyənin Reyhanlı-Kilis yaşayış məntəqələrində sürəkli iğtişaşlar törətməyə davam edirdi.

Səbr kasası daşan rəsmi Ankaranın  “bir gece ansızın gelebiliriz” xəbərdarlığını da Pentaqon ciddiyə almayanda MEHMETCİKLER ildırım sürətilə əməliyyata başladılar. PKK-nın (Partiyai Kargərəni Kurdistan – Kürdüstan İşçi Partiyası) silahlı dəstəkçisi olan YPG (Yekineyen Parastina Gel – Xalq Qoruma Birlikləri) və PYD (Partiya Yekitiya Demokrat – Demokratik Birlik Partiyası) adlanan hərbi-siyasi təşkilatın nəzarəti altında olan Suriyaya məxsus  şimal sərhədlərinin xeyli  hissəsini terrorçulardan təmizləyib orada bufer zolağı yaratdılar. ABŞ cavabında Türkiyəyə sanksiyalar tətbiq etsə də Türkiyə öz qətiyyətindən əsla dönmədi. Maraqlıdır ki, Rusiya bu zaman susqunluq nümayiş etdirdi. Susmaq isə çox vaxt razılıq əlaməti olaraq dəyərləndirilir.

2020-ci ilin yanvar ayının 7-də cənab Putinin Suriyaya qısa müddətli səfər zamanı rus əsgərlərinə “siz burada təkcə Suriyanı deyil, həm öz ev-eşiyinizi, həm də bizə yaxın olan dövlətləri qoruyursunuz” söyləməsi Rusiya dövlətinin Suriya məsələsinə çox əhəmiyyət verməsini göstərir. 

ABŞ Prezidenti D. Tramp ilə Rusiya Prezidenti V. Putinin Suriyanın rəhbəri B. Əsədə münasibətlərində fərqli mövqelər var. Cənab Tramp yazdığı bir tvitdə Əsədi “heyvan” adlandırmış, “Foks biznes netvork” teleaparıcısına verdiyi müsahibədə isə “  Putin gerçəkdən də xəbis adamı dəstəkləyir—  Putin is backing a person that's truly evil"- deyə təəssüflənir.

(Bax:  46-52-ci saniyələr. https://www.youtube.com/watch?v=oevURR_tXOo)

Başqa bir jurnalist müsahibə zamanı  Bəşar Əsədə “cənab Trampın Sizə heyvan söyləməsinə münasibətiniz nədir?- deyə soruşduqda Əsəd cavabında  “o özünü çox şəffaf şəkildə ifadə etmişdir- He expresses himself in a very  transparent way”- söyləmişdir.

(Bax: 4.30 - 5.11-ci saniyələr- https://www.youtube.com/watch?v=JNuOPwfj_3Y )

Hərbi qarşıdurmanın dünya çapında gəniş muharibəylə nəticələnməsi təhlükəsi nə qədər real olsa da, bələ bir müharibənin baş verməyəcəyi ehtimalı bu reallıqdan daha güclüdür. Biz bu xüsusda Rusiya dövlət başçısının sözlərini xatırlatmaq istərdik.  Cənab V. Putinin düşüncəsinə görə,  “qarşılıqlı məhvolma qorxusu həmişə beynəlxalq təmas iştirakçılarını və hərbi qüdrətli aparıcı ölkələri kəskin hərəkətlərdən çəkindirmiş və bir-birinə sayqılı olmağa vadar etmişdir.”(Bax:1.28-1.41-ci saniyələr. https://www.youtube.com/watch?v=j3fHI7imgS8)

Əminliklə söyləmək olar ki, Suriyada mənafeləri toqquşan dünya nəhəngləri ən kritik təmas anında geri çəkilməyi və beləliklə dünya müharibəsinin eşiyindən dönməyi bacardılar. Prezident Putin Dəməşq küçələrindən keçərkən yol boyu asılmış transparatdakı “İdlibdən çəkilirlər, dünya müharibəsini seçmədilər—تتراجعو عن ادلب ولا حرب عالمية اختارو – yazısı çox şeydən xəbər verir.

Bizim düşüncəmizə görə,  yenı dünya müharibəsi olmayacaqsa da hərbi əməliyyatları biznes və fantastik gəlir mənbəyi kimi görənlərin sayəsində məhəlli muharibələr daim baş verəcəkdir. Hətta müharibələri təqdir edən fəlsəfi yanaşmalar da mövcuddur. Məsələn, məşhur demoqraf alim T. Maltus (1766-1834)  1798-ci ildə nəşr etdirdiyi  “ Əhali artımı prinsipi üzərində esse-  Essay on the principle of population”- əsərində iddia edirdi ki,  “əhalinin həndəsi, məhsulun isə ədədi silsilə ilə artması nəticəsində ümumdünya səviyyəsində aclıq yaranmaması üçün muharibələr olmalıdır.” Yeni kütləvi qırğın silahlarını sınaqdan çıxarmaq üçün, hərbi sənaye maqnatlarının fabrik və zavodlarının məhsullarını satmaq üçün, fantastik miqdarda preparatların, dava-dərmanların bazara çıxarılması üçün, saysız dərəcədə hərbi-tibbi personalın işlə təmin edilməsi məqsədilə, etnik qrupları daim nəzarətdə saxlamaq naminə, insanların daha yüksək ideallar  barədə düşünmələrini əngəlləmək, onları “bu günümüzə də şükür” düşüncəsiylə yaşamağa vadaar etmək vs niyyətlər üçün lokal savaşlar  daim törədiləcəkdir. Yazılı tarixdə bu acı həqiqəti isbatlayan yüzlərlə sübutlar var.

          Saxta qürur və eqoistlik hissi, özündən müştəbehlik ədası, hakimiyyət hərisliyi  yetərincə yaxşı təhsil almış, oftolmoloq kimi nəcib peşə sahibi, ingilis və fransız dillərini   mükəmməl bilən, üç övlad atası, əsilzadə xanımla ailə qurmuş Bəşar Əsədə üzüsulu şəkildə istefa verməyə mane olmasaydı,  Suriya da indi, məcazi mənada, atlantların meydanına dönməzdi, əhalisi didərgin, səfil, başqalarının ianəsinə möhtac milyonlar ordusuna çevrilməzdi, bu qədər insanın ah-naləsini, nifrinlərini, bəddualarını qazanmazdı. Qurani-kərimin 104-cü surəsinin 1-3-cü ayələrindəki -   يَحْسَبُ اَنَّ مَالَهُٓ اَخْلَدَهُۚ اَلَّذ۪ي جَمَعَ مَالًا وَعَدَّدَهُۙ  وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍۙ   -   ALLAH hökmü hamıya aiddir: “Adamları ələ salanların, yığdıqları sərvəti sayanların və var-dövlətlərinin onları əbədiləşdirəcəyini düşünənlərin vay halına".



Ramazan SİRACOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi 28 mart 2020, 12:34 Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq - Çinin dövlət müşaviri 28 mart 2020, 12:22 Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib 28 mart 2020, 12:15 “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib 28 mart 2020, 12:07 Hacıqabulda sakinlərlə maarifləndirci və profilaktik söhbətlər aparılıb - FOTO 28 mart 2020, 12:00 Azərbaycan nefti 3 dollar ucuzlaşdı   28 mart 2020, 11:55 BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30000 manatdan artıq ianə edib 28 mart 2020, 11:50 Qazaxa giriş-çıxış BAĞLANDI 28 mart 2020, 11:43 Bakı şəhəri üzrə 2100 avtobus gündəlik xəttə çıxır - Mais Ağayev 28 mart 2020, 11:36 “Könüllü DOST”lardan tənha yaşlılara dost dəstəyi - FOTO 28 mart 2020, 11:29 Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq” 28 mart 2020, 11:22 Onlayn supermarket yaradıldı 28 mart 2020, 11:15 Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi 28 mart 2020, 11:07 Nazirlikdən ağacların kəsilməsi fakti ilə bağlı AÇIQLAMA 28 mart 2020, 11:00 Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı 28 mart 2020, 10:53 Azərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİ 28 mart 2020, 10:46 Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama 28 mart 2020, 10:40 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək 28 mart 2020, 10:34 Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI 28 mart 2020, 10:27 Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı 28 mart 2020, 10:20 Neft kəskin ucuzlaşdı - Son qiymət 28 mart 2020, 10:14 Deputatların koronavirus testinin nəticəsi AÇIQLANDI   28 mart 2020, 10:06 Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO 28 mart 2020, 09:58 Sabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHI 28 mart 2020, 09:50 İbrahim Məmmədov: “Sağalma ilə xəstəliyin yayılma sürəti arasında kəskin fərq var” 28 mart 2020, 09:43 Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır 28 mart 2020, 09:35 Xaçmazda avtomobil yandı 28 mart 2020, 09:27 Cəbhədə gərgin gecə: Düşmən pulemyotlardan atəş açdı 28 mart 2020, 09:20 “KamAZ” minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var 28 mart 2020, 09:12 İran Koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq 28 mart 2020, 09:04 Koronavirusala bağlı SON STATİSTİKA 28 mart 2020, 08:48 Yaponiyada 4,9 bal gücündə zəlzələ olub 28 mart 2020, 08:29 Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı 28 mart 2020, 08:16 COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI 28 mart 2020, 08:08 Çində koronavirusdan sutka ərzində 3 nəfər ölüb 28 mart 2020, 07:56