Modern.az

Koronavirusa görə Təhsil Nazirliyinə 98 müraciət daxil olub

Koronavirusa görə Təhsil Nazirliyinə 98 müraciət daxil olub

4 Mart 2020, 17:50

Təhsil müəssisələrində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə yaradılan qərargaha müraciətlərin sayı açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, nazirliyə 29 fevral - 04 mart tarixlərində ümumilikdə 98 müraciət daxil olub. Həmin dövrdə daxil olan müraciətlər əsasən  təhsil ocaqlarında dezinfeksiya edici tədbirlərin intensivləşdirilməsi və təhsil prosesinin dayandırılması haqqındadır.

 

Qeyd edək ki, 24 fevral 2020-ci ildə respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir