Modern.az

Fevralda Azərbaycana 69 Çin vətəndaşı gəlib - RƏSMİ

Fevralda Azərbaycana 69 Çin vətəndaşı gəlib - RƏSMİ

5 Mart 2020, 11:58

"Azərbaycana suriyalı qaçqınların gəlməsi ilə bağlı heç bir müraciət yoxdur".

  

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. O qeyd edib ki, Suriyada baş verən hadisələr Azərbaycanda miqrasiya prosesinə təsir etməyib. 

 

V.Hüseynov həmçinin ölkəmizə gələn Çin vətəndaşlarının sayı məsələsinə də aydınlıq gətirib:

 

"Çin vətəndaşları ilə bağlı ümumi olaraq deyə bilərəm ki,  Çində 2 aya yaxındır koronavirus təhlükəsi ilə bağlı, aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb.

Ölkədə Çin vətəndaşları var. Onların ölkədə olma müddəti  bitirsə, onların ölkəni tərk etməsi mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır. Martın 3-nə olan məlumata görə ölkəmizdə 539 Çin vətəndaşı var. Onların 69-u fevralın 1-dən sonra gəlib”. 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?