Azərbaycanda hazırda koronavirusdan ölüm halı olmayıb.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə karantində virusa yoluxan 3 nəfər var və onlar haqqında məlumat verilib.
V.Əliyev qeyd edib ki, yeni yoluxma, yaxud ölüm halı olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək:
"Ölüm elə bir haldır ki, onu gizlətmək mümkün deyil".