Modern.az

Siqaretləri avtomobilin oturacaqlarında gizlədən sürücü yaxalandı

Siqaretləri avtomobilin oturacaqlarında gizlədən sürücü yaxalandı

Aktual

5 Mart 2020, 20:12

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin sağ və sol ön oturacaqlarının içərisində gizlədilən 4000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?