Modern.az

Şəhid əsgərimiz bu universitetin məzunu olub - FOTO

Şəhid əsgərimiz bu universitetin məzunu olub - FOTO

6 Mart 2020, 10:41

Dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində düşmənin snayper gülləsi ilə şəhid olan əsgər Orxan Paşazadə Naxçıvan Universitetinin məzunudur.

 

Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şəxsi "Facebook" səhifəsində yazıb:

 

"Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. O, ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. Orxanın atası Nazim müəllim də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir".

 

Xatırladaq ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

 

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı