Modern.az

Xızıda yol kənarında partlamamış mərmi aşkarlandı

Xızıda yol kənarında partlamamış mərmi aşkarlandı

Aktual

7 Mart 2020, 17:54

2020-ci il 06 Mart tarixində saat 17:51-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Xızı rayonu, Giləzi qəsəbəsi, Həll kəndinə gedən yolun kənarında bir neçə mərminin tapılması barədə məlumat daxil olub.

 

Modern.az-ın əldə etdiyi məlumuata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 59 ədəd 100 mm-lik top mərmisi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

 

Top mərmilərinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 mart 2020-ci il tarixlərində 63 siqnal (əməliyyat çağırışı) əsasında 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 177 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 5 609 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 34 080 kv.m ərazi yerüstü və 3 916 kv.m ərazi yeraltı yoxlanılmışdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?