Modern.az

“Siyasi partiyalar haqqında qanun” layihəsi dəyişdirilir

“Siyasi partiyalar haqqında qanun” layihəsi dəyişdirilir

Aktual

10 Mart 2020, 17:53

“Siyasi partiyalar haqqında” qanunun yeni variantı hazırlanır.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.

 

S.Mirzəyev deyib ki, qanun müasir tələblərə uyğun olacaq:

 

“Prezident İlham Əliyev də bu gün Milli Məclisdə çıxışında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Bu gün parlamentdə bütün komitələrin sədr müavinləri müxalif partiyalardan seçilib. Milli Məclisin rəhbərliyində də müxalif deputat təmsil olunur. Bütün bunlar göstərir ki, “Siyasi partiyalar haqqında qanun”a lazımi dəyişikliklər etməliyik ki, partiyalar cəmiyyətdə daha fəal rol oynasın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?