Modern.az

Koronavirusla əlaqədar Britaniyada məktəblər bağlanmayacaq

Koronavirusla əlaqədar Britaniyada məktəblər bağlanmayacaq

Aktual

13 Mart 2020, 00:17

Koronavirusla əlaqədar Britaniyada məktəblər bağlanmayacaq.

Modern.az  APA-ya  istinadən xəbər verir ki, Britaniya hökumətinin Baş tibbi məsləhətçisi Kris Vitti məktəblərin bağlanması üçün hər hansı bir elmi səbəbin olmadığını bildirib: "Bu o, demək deyil ki, uşaqlar infeksiyaya yoluxmurlar. Sadəcə, bu xəstəliyi daha yüngül şəkildə keçirirlər. Məktəblərin bağlanmasının cəmiyyətə böyük təsiri olur, buna görə də məktəblərin bağlanması qərarı çox güclü səbəblərə söykənməlidir".

Nazirlik rəsmisi hazırda isə bu səbəblərin zəif olduğunu bildirib.  
 

Britaniyanın Baş naziri Boris Conson isə bugün keçirdiyi mətbuat konfransında koronavirusu ictimai sağlamlıq üçün ən çətin böhranlardan biri adlandırıb.

Baş nazir qeyd edib ki, hər hansı yüngül əlamətlər aşkarlanan bütün şəxslər 7 gün ərzində ətrafdan təcrid olunmalıdır. O, 70 yaş və yuxarı olan vətəndaşlara səyahət etməməyi tövsiyə edib.

"Biz təkcə koronavirusu azaltmaq üçün deyil, həm də yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik",- deyə Baş nazir bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?