Yollarda diqqətli və məsuliyyətli olaq ki, arzularımız yarımçıq qalmasın.

Daxili İşlər Nazirliyi yol nəqliyyat hadisələri zamanı piyadaların vurulması hallarının qarşını almaq üçün yeni maarifləndirici videoçarx hazırlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, sosial çarxda baş rolda Azərbaycanın əməkdar artisti "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Tahir İmanov çəkilib.