Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Aqiyə Naxçıvanlı Milli Məclisin deputatıdır.