Modern.az

Daha bir ölkə sərhədləri bağladı

Daha bir ölkə sərhədləri bağladı

Aktual

13 Mart 2020, 18:00

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib.

 

Modern.az-ın məlumatına görə, qərar martın 15-dən etibarən qüvvəyə minəcək.Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.

 

Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.

 

Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?