Modern.az

Bütün restoran və kafelərə məhdudiyyətlər QOYULDU

Bütün restoran və kafelərə məhdudiyyətlər QOYULDU

Aktual

13 Mart 2020, 20:10

Azərbaycanda restoran və kafelərdə iş rejiminə dair məhdudiyyət müəyyənləşdirilib. 

 

Nazirlər Kabineti yanında Operativ  Qərargahdan Modern.az-a verilən məlumata görə, bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycana restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. 

 

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?