"Azərbaycanda epidemiyaya qarşı bütün tibbi ləvazimatlar var".
Modrn.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədov qeyd edib ki, ölkə üçün zəruri olan hər şey alınıb: "Sadəcə olaraq ölkəmizdə vəziyyət qabaqlayıcı tədbirlərin nəticəsində başqa ölkələrdən qat-qat yaxşıdır. Bizdə koronavirus pandemiya deyil, pandemiya dünyaya aiddir".