Modern.az

Azərbaycandan daha üç ölkəyə uçuşlar dayandırıldı

Azərbaycandan daha üç ölkəyə uçuşlar dayandırıldı

Aktual

14 Mart 2020, 20:22

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

Modern.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririb ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?