Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir.
“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev əlavə edib.