Modern.az

ABŞ-da koronavirusa görə edamın icrası təxirə salındı

ABŞ-da koronavirusa görə edamın icrası təxirə salındı

Aktual

17 Mart 2020, 18:44

ABŞ-ın Texas ştatında koronavirusa görə məhkum Con Vilyam Hammelin edamı təxirə salınıb.

 

Modern.az Report-a istinadən xəbər verir.

Bildirilib ki, o, 2011-ci ildə hamilə həyat yoldaşını, 5 yaşlı qızını və qayınatasını qətlə yetirdiyi üçün mühakimə olunub. Məlumata görə, vəkili koronavirusla bağlı Texasda tətbiq edilən fövqəladə vəziyyət rejimini əsas göstərərək məhkumun edamının icrasının təxirə salınmasını istəyib. Vəkil qeyd edib ki, edamda çoxsaylı insanın, o cümlədən qohumlar, jurnalistlər və rəsmi şəxslərin iştirakı məhkumlar arasında koronavirusa yoluxma riskini artıra bilər.

ABŞ-da koronavirusa yoluxanların sayı 4 748 nəfərdir. Virusdan ölənlərin sayı isə 93 nəfərdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?