Modern.az

Xanımından Ronaldoya koronavirus təhlükəsi

Xanımından Ronaldoya koronavirus təhlükəsi

Aktual

19 Mart 2020, 10:36

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez azarkeşlərin qəzəbinə tuş gəlib.

 

Modern.az-ın “La Gazetta Della Sport”a istinadən məlumatına görə, buna səbəb onun karantin qaydalarını pozmasıdır.

 

Corcina koronavirusun sürətlə yayılmasına baxmayaraq alış-verişə çıxıb və Ronaldo üçün də təhlükə yaradıb. Bu da “Yuventus” azarkeşlərinin xoşuna gəlməyib və onlar Rodrigezə etiraz ediblər.

 

Qeyd edək ki, Ronaldo-Rodrigez cütlüyü 2019-cu ilin noyabrında rəsmi nikaha daxil olublar. Onların bir qızı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?