Modern.az

Londonda 40 metro stansiyası bağlanır

Londonda 40 metro stansiyası bağlanır

Aktual

19 Mart 2020, 11:55

Böyük Britaniyanın “Transport for London” ictimai nəqliyyat operatoru paytaxtda 40 metro stansiyasının bağlanıldığını elan edib.

 

Modern.az-ın məlumatına görə, qərara əsasən, 250 stansiyası olan London metropolitenində əsasən digər xətlərə keçid olmayan stansiyalar bağlanır.

 

Bu addımın məqsədi yalnız zəruri səhayətlər edən sərnişinlərin yolda olmaq müddətini azaltmaqdır.

 

Eyni zamanda, Londonda marşrut avtobuslarının da sayı azaldılacaq.

 

Qeyd edək ki, bu günə qədər Böyük Britaniyada 2 626 nəfər koronavirusa yoluxub, 104 nəfər virusun qurbanı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?