Modern.az

Leyla Əliyevanın göstərişilə azərbaycanlı tələbələr Rusiyadan təxliyə olunur

Leyla Əliyevanın göstərişilə azərbaycanlı tələbələr Rusiyadan təxliyə olunur

Aktual

19 Mart 2020, 14:06

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki , koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.

 

Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək, onların vətənə qayıtması xərcləri qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?