Modern.az

Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq

Aktual

19 Mart 2020, 15:22

Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bunu Modern.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?