Modern.az

Koronavirusla bağlı dörd kənd karantinə alındı

Koronavirusla bağlı dörd kənd karantinə alındı

27 Mart 2020, 20:03

Türkiyənin Rize şəhərinin dörd kəndi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.

Modern.az  xəbər verir ki, bu barədə Rize şəhərinin Səhiyyə İdarəsindən bildirilib.

Məlumatda şəhərin Kendirli qəsəbəsinə bağlı Yeni Səlimiyə, Beştepe, Esentepe və Maltepe kəndlərinin karantinə alındığı bildirilir. Bu ərazilərə giriş-çıxışlar dayandırılıb, yerli əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bu ərazilərdə xəstəliyin simptomları olan şəxslər nəzarətə alınacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi