Modern.az

Parklarda skamyaları “bağladılar” – Foto

Parklarda skamyaları “bağladılar” – Foto

28 Mart 2020, 21:03

Göyçay şəhərində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir addım atılıb.

Modern.az  Axar.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini sərtləşdirməsi qərarı ilə əlaqədar insanların parklarda toplaşmasının qarşısını almaq üçün Göyçayın Heydər Əliyev parkında oturacaqlar (skamyalar) götürülüb.

Daşına bilməyən oturacaqlara isə xüsusi xəbərdarlıq lenti ilə qadağa tətbiq olunub. Lakin buna baxmayaraq, lenti qıraraq oturacaqlara əyləşənlər də tapılır.

Qeyd edək ki, Bakıda da paklarda skamyalar götürülüb və yaxud tərsinə çevirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir