Modern.az

"Kurtlar vadisi"nin "ustası" - Polat Alemdara hansı yolla gəldi?

"Kurtlar vadisi"nin "ustası" - Polat Alemdara hansı yolla gəldi?

12 May 2012, 13:54

Türkiyə kinematoqrafçılarının çəkdiyi "Kurtlar vadisi" çoxseriyalı filmi seyrçi çevrəsi baxımından təkcə bu ölkədə deyil, bütün dünyada yüksək rekordlara imza atdı. Şahidlərin dediyinə görə, filmin ilk nümayiş olunduğu dövrdə Türkiyədə gerçəkdən bir şok yaşanıb. Filmin yayımlandığı saatlarda qardaş ölkədə sanki həyat dayanırmış, insanlar kütləvi şəkildə, bəlkə də hamılıqla bu bənzəri olmayan serialı seyr edirmişlər. Hətta filmin birinci qəhrəmanı olan Çakırın "ölümü" Türkiyədə böyük üzüntü ilə qarşılanıb. Məscidlərdə "mərhumun" ruhuna Yasin surəsi oxunub. Qəzetlərdə ayrı-ayrı şəxslər və ictimai təşkilatlar "Çakırın vəfatı münasibətilə Türk xalqına başsağlığı” veriblər. Eynilə, filmin ikinci qəhrəmanı Polat Alemdar da xüsusilə Türk gəncliyi tərəfindən böyük ilgi qazandı. Gənclər, özəlliklə də yeniyetmələr özünü Polata bənzətməyə başladılar. Polatın kostyumundan tutmuş, saç düzümünə, telefonunun zənginə, özünəməxsus sərt baxışlarına, digər jestlərinə qədər bir çox özəllikləri əksər gənclərin həyatlarına özünə yer aldı.

"Kurtlar Vadisi" Azərbaycanda da böyük maraqla qarşılandı. Bu filmə dövlət məmurları, siyasi partiya liderləri, millət vəkilləri, siyasətçilər, uşaqlar, gənclər, qadınlar, qocalar, hər kəs baxır. Pərəstişkarları düşündürən tək serialın sonrakı gedişatı deyil, film qəhrəmanlarının gerçək həyatıdır.

Modern.az bu marağı nəzərə alaraq məşhur filmin məşhur qəhrəmanlarından bir neçəsinin həyatını təqdim edəcək. Bu baxımdan filmin qəhrəmanı Polat Alemdarın kimliyi xüsusilə maraqlıdır.   

O cəmi 28 gün əsgərlik çəkib  

Onun əsl adı Məhəmməd Necati Şaşmazdır. 15 dekabr 1971-də Elazığda doğulub. İxtisası turizmçilik olan Necati təhsilini Kanadada alıb. ABŞ-da 6 il qalan Şaşmaz, 2001-ci ildə ailəsini ziyarətə gəldiyi sırada geri dönüş təyyarə biletini 11 iyul 2001 tarixinə alıb. Amerikada yaşananlar ucbatından təyyarəsi Amerikaya çatmadan geri dönən Şaşmaz, sonradan ailəsinin israrıyla Amerikaya dönmək fikrindən daşınıb. Həyatına Türkiyədə davam etmək qərarı alan Necati Şaşmaz, Ankarada sığorta agentliyi açır. Çox keçmədən İstanbulda Osman Sınavla bir iş görüşündə, Osman Sınavın "Səni bir dizinin baş rolunda düşünürəm" fikrinə düşünmək istədiyini söyləyən Şaşmaz, bir ay sonra təklifi qəbul edir. Hayatını tamamən dəyişdirdirən "Kurtlar vadisi" proyektinə bu cür başlayan Necati Şaşmaz, şəxsi həyatının qalmadığını, "Məni sadəcə Ankarada adımla çağırırlar, İstanbulda hər kəs Polat  deyir" söyləyir. Amerikada qaldığı vaxtda yaşıl kart sahibi olan Şaşmaz, ödənişli əsgərlik edib. Belə ki, o cəmi 28 gün əsgərlik çəkib. Necatinin Raci Şaşmaz ("Kurtlar vadisi" serialının ssenaristi) və Zübeyr Şaşmaz adında iki qardaşı var. Necati Şaşmazın ilahi eşqdən dəm vuran şeirlərinin yer aldığı "Eşq" adlı şeirlər kitabı var. Ankaradakı gənclik illərində aşiq olan Şaşmaz yaşadığı duyğuları daxilində olan təsəvvüf mədəniyyətinin də təsiriylə şeirə töküb. Şaşmazın qələmə aldığı eşq yüklü şeirlərdən bir neçəsi Məhəmməd Nəcati Şaşmaz ismi ilə internetdə də yayımlanıb və elə Şaşmaz tərəfindən Ankarada bir mətbəədə çap olunub. Ancaq məşhur aktyor 20 yaşında qələmə aldığı və ədəbi yöndən dəyərli şeirlərini ortaya çıxarmadı. Kitabda "Aşkın nöbeti", "Sen ve Diken", "Balıkların Kokusu", "Sesin" adlı şeirlər yer almaqdadır.

Bəs Polat Alemdar kimdir?  

Polat Alemdar Türk dövləti tərəfindən qurulmuş gizli bir təşkilatın əla yetiştirilmiş bir agentidir. Xaricdə gizli işlərə girişmiş, son 3 ilini Türkiyədəki mafiyanın içinə qarışıb, içəridən çökəltməyə çalışmaqla keçirmişdir. Hər cür silah və döyüş sənətində ustalaşmışdır. İngiliscə, fransızca, ərəbcə, kürdcə və rusca bilir. Polat Alemdar, duyğularıyla yox, səbəb və məntiqlə hərəkət edər. Hər cür risqi və gedişatı öz lehinə istifadə etməyə çalışır. Düşmənlərinə qarşı nə qədər acımasızdırsa da, məsumlara qarşı da o qədər mərhəmətlidir.  

Polat Alemdarı
n səsi özünün deyil  

"Kurtlar Vadisi"ndə Polad Alemdar obrazının səsini Ümid Tabak səsləndirir. Tabak təkcə Poladı deyil, ekrandakı bir çox məşhurları da səsləndirib. Ən çox "Kurtlar Vadisi"ndə səsləndirmədən zövq aldığını deyən Ümid Tabak, təkcə dizilərdə deyil, kinoda da səsləndirmə edir. Tom Kruz, Kristian Slater, Matt Damon, Bred Pitt, Conni Depp, Antonio Banderas, Leonardo Di Kaprioya da səs verən Tabak özəlliklə Conni Depi səsləndirməyi də çox sevdiyini sözlərinə əlavə edib.  

"Kurtlar vadisi" teleserialının pərəstişkarları qarşıda "İskender Büyük" və "Memati"nin həyat yolu, "Kurtlar vadisi" ilə "Ergenekon" məsələsini eyniləşdirən mülahizələrə tanış ola biləcəklər.            




Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir