Modern.az

Anar Yazıçılar Birliyinin sədrliyindən gedir

Anar Yazıçılar Birliyinin sədrliyindən gedir

17 May 2012, 13:10



Yazıçı Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən gedir. Bu il o, öz namizədliyini irəli sürməyəcək. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi  Ədalət Əsgəroğlu  Modern.az saytının əməkdaşı ilə söhbətdə Anarın qurumun rəhbərliyindən getmək haqda fikirləşdiyini qeyd edib.

"Amma bu söz olaraq da qala bilər, çünki hələ qurultaya bir neçə ay var. Anar müəllim yenidən namizədliyini irəli sürsə, biz onu rəhbər kimi seçməyə hazırıq. Bununla yanaşı, başqa alternativ şəxslərin də bu vəzifəyə öz namizədliyini irəli sürməsi üçün imkan yaradılacaq. Artıq alternativ namizdə olmaq istəyənlərdən bəziləri isə bir az ayrı tərzdə öz fikirlərini irəli sürməyə başlayıblar. Guya, Anar müəllim bunları rəhbərlik sevdasından uzaqlaşdırır. Bir neçə nəfər isə deyir ki, “Anar müəllim namizədliyini verməsə, biz öz adımızı irəli sürərik”. Bu nə dərəcədə doğrudur? Sadəcə hamısı riyakarlıq edirlər. Amma namizədliklərini irəli sürməklə biz yazıçıları seçim qarşısında qoyurlar.
Anar müəllim desə ki, “mən imtina edirəm və namizədliyimi irəli sürməyəcəm” o zaman bu vəzifəyə layiqli bir insanı seçmək lazımdı. Həmçinin bu namizəd beynəlxalq göstəricilərə də cavab verməlidi”.

Yazıçılar Birliyinin qurultayının dəqiq tarixi məlum deyil. Qurultayın növbəti aylarda keçirilməsi gözlənilir. Qurultayın vaxtı müəyyənləşəndən sonra yer ayrılması üçün müvafiq qurumlara müraciət olunacaq.

Anar ilk dəfə  1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında Anar ikinci dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Bu il martın 14-də onun 74 yaşı tamam olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?