Modern.az

Etirazçılar heykəli belə yıxdı - VİDEO

Etirazçılar heykəli belə yıxdı - VİDEO

Aktual

8 İyun 2020, 17:28

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsiylə başlanan etiraz aksiyaları İngiltərədə də davam edir.

 

Modern.az xəbər verir ki, Londonda Amerika səfirliyi və Baş nazirliyin binası qarşısındakı etiraz aksiyalarında polislə qarşıdurmalar yaşanıb.

 

İngiltərənin Bristol əyalətində isə bir qrup etirazçı kölə taciri Edvard Kolstonun heykəlini yıxaraq gölə atıblar.

 

Heykəl hələ qoyulduğu tarixdən – 1895-ci ildən fikir ayrılıqlarına səbəb olurdu. Həmin il heykəlin götürülməsi üçün keçirilən imza kampaniyasına 11 min nəfər dəstək vermişdi.

 

Bəs bu qədər müzakirələrə səbəb olan Edvard Kolston kimdir?

 

Kolston 17-ci əsr İngiltərəsinin məşhur kölə taciri, xeyriyyəçi və Parlament üzvü kimi tanınır.

 

Onun bütün sərvətini qul ticarətindən əldə etdiyi iddia edilir.

 

Belə ki, E.Kolston 1672-1689-cu illərdə 80 mindən çox afrikalını Amerikaya qul kimi gətirib.

 

6-8 həftəlik uzun səyahət zamanı isə minlərlə insanın xəstəliklərdən, işgəncələrdən sonra həyatını itirdiyi bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər