Modern.az

Bu partiyalar MSK-ya maliyyə hesabatı vermədilər - SİYAHI

Bu partiyalar MSK-ya maliyyə hesabatı vermədilər - SİYAHI

17 İyun 2020, 13:36

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar 2019-cu il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatlar MSK-nın rəsmi saytında qeyd edilib. Saytın siyahısına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan 58 siyasi partiyadan 45-i maliyyə hesabatı verib.

 

  1. 1.Yeni Azərbaycan Partiyası
  2. 2.Azərbaycan Naminə Alyans Partiyası
  3. 3.Azərbaycan Liberal Partiyası
  4. 4.Azərbaycan Xalq Demokratik Partiyası
  5. 5.Azərbaycan Sosial Demokrat Partiyası
  6. 6.Böyük Quruluş Partiyası
  7. 7.Azərbaycan Demokratik Maarifçilik Partiyası
  8. 8.Azərbaycan Respublikaçılar Partiyası
  9. 9.Azərbaycan Kommunist Partiyası
  10. 10.Müsavat Partiyası
  11. 11.Klassik Xalq Cəbhəsi Partiyası
  12. 12.Müasir Müsavat Partiyası
  13. 13.Vətəndaş Həmrəyliyi Partiyası
  14. 14.“Milli Vəhdət” Partiyası
  15. 15.“Birlik” Partiyası
  16. 16.Azərbaycan Milli Demokrat Partiyası
  17. 17.Azərbaycan Təkamül Partiyası
  18. 18.Milli Dirçəliş Hərəkatı Partiyası
  19. 19.“Ana Vətən” Partiyası
  20. 20.Azərbaycan Milli İstiqlal Partiyası
  21. 21.“Qorqud” Partiyası
  22. 22.Vahid Azərbaycan Partiyası
  23. 23.Demokratik Azərbaycan Dünyası Partiyası
  24. 24.Azərbaycan Yurddaş Partiyası
  25. 25.Azərbaycan Xalq Partiyası
  26. 26.“Azərbaycan Mübarizləri” Partiyası
  27. 27.Vətəndaş Birliyi Partiyası
  28. 28.Demokratik İslahatlar Partiyası
  29. 29.Aydınlar Partiyası
  30. 30.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
  31. 31.Böyük Azərbaycan Partiyası
  32. 32.Azərbaycan Liberal Demokrat Partiyası
  33. 33.Azərbaycan Sosial Rifah Partiyası
  34. 34.Vətəndaş və İnkişaf Partiyası
  35. 35.Azərbaycan Tərəqqi Partiyası
  36. 36.Vəhdət Partiyası
  37. 37.Azərbaycan Kəndli Partiyası
  38. 38.Azərbaycan Demokrat Partiyası
  39. 39.Azərbaycan Ümid Partiyası
  40. 40.Vahid Azərbaycan Milli Birlik Partiyası
  41. 41.Milli Demokrat İdrak Partiyası
  42. 42.“Ədalət” Partiyası
  43. 43.Azadlıq Partiyası
  44. 44.Azərbaycan Milli Hərəkat Partiyası
  45. 45.Azərbaycan Azad Respublikaçılar Partiyası

 

Qeyd edək ki, 3 siyasi partiya - Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası və Cümhuriyyət Xalq Partiyası 2020-ci ildə qeydiyyata alındığına görə, hesabat təqdim etməyiblər. Artıq rəsmiləşdirilməsinə baxmayaraq, həmin siyasi partiyaların adı MSK-nın ümumi siyahısında qeyd olunmayıb.  

 

Beləliklə, 2019-cu il üzrə maliyyə hesabatını təqdim etməyən 10 siyasi partiya aşağıdakılardır:

 

  1. 1.Müstəqil Azərbaycan Partiyası
  2. 2.Milli Qurtuluş Partiyası
  3. 3.Azərbaycan Milli Dövlətçilik Partiyası
  4. 4.Azərbaycan Vətənpərvərlər Partiyası
  5. 5.Azərbaycan Demokratik Sahibkarlar Partiyası
  6. 6.Azərbaycan Xalq Cəbhəsi Partiyası
  7. 7.Azərbaycan Vahid Kommunist Partiyası
  8. 8.Sosial Ədalət Partiyası
  9. 9.Milli Konqres Partiyası
  10. 10.Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?