Modern.az

Azərbaycan hərbçiləri Moskvadakı Qələbə paradı üçün məşq edirlər

Azərbaycan hərbçiləri Moskvadakı Qələbə paradı üçün məşq edirlər

Aktual

17 İyun 2020, 15:23

II Dünya Müharibəsinin 75 illiyi münasibətilə Mokskvada təşkil olunacaq Qələbə paradında müxtəlif ölkələrin hərbçiləri iştirak edəcəklər.

Modern.az xəbər verir ki, iyunun 24-də Qırmızı meydanda keçiriləcək paradda iştirak etmək üçün artıq Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, ÇXR, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları Rusiyaya gəliblər. Hərbçilərin əksəriyyəti Alabinodakı parad meydanında məşq ediblər.

Qələbə paradının ilk gecə məşqi bu gün Moskvanın Qırmızı meydanında keçiriləcək. 

        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?