Modern.az

Şimali və Cənubi Koreya arasında gizli əlaqə xəttinin qaldığı güman edilir

Şimali və Cənubi Koreya arasında gizli əlaqə xəttinin qaldığı güman edilir

Aktual

17 İyun 2020, 15:25

Şimali və Cənubi Koreya arasında xüsusi xidmət orqanlarının istifadə etdiyi gizli əlaqə kanalının qalması ehtimal olunur. Bu gümanlar Şimali Koreya tərəfinin iyunun 16-da verdiyi açıqlamalara əsaslanır.

Modern.az xəbər verir ki, məlumatı “Yonhap News Agency” yayıb. Açıqlamadan belə məlum olur ki, Seul gərginliyin azldılması istiqamətində danışıqlar aparmaq üçün Pxenyana iki xüsusi nümayəndə göndərməyi təklif edib. Amma tərəflərin heç biri təklifin hansı yolla çatdırılması barədə məlumat verməyiblər.

Agentliyin yazdığına görə çox güman ki, Seul və Pxenyan iki ölkənin kəşfiyyat agentliyini birləşdirən rabitədən istifadə ediblər. Bu xətt 2000-ci ildə iki Koreya arasında keçirilmiş sammit zamanı çəkilsə də, uzun müddətdir ki, istifadə edilmirdi. Güman edilir ki, əlaqə kanalı iki il əvvəl – Şimali Koreya nümayəndə heyətini Pxenxana Qış Olimpiya oyunlarına göndərilməsinin təşkili məqsədilə bərpa edilib.

Son zamanlar iki ölkə arasında gərginlik artıb. Şimali Koreya yenidən Cənubi Koreya sərhədindəki demilitarizasiya edilmiş zonaya ordu yeritmək istəyir. Seul bildirib ki, KXDR-nın hərbi təxribatına və Koreya yarımadasında vəziyyəti pisləşdirmək cəhdlərinə sərt cavab verəcək.

İyunun 16-da Şimali Koreya Keson sərhadyanı şəhərində iki ölkə arasındakı rabitə bəndini partladıb. Şimali Koreya cənublu qonşuları ilə sərhədləri daha da möhkəmləndirmək fikrindədir.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?