İranda bu gün daha 2612 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 120 nəfər virusdan ölüb.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 195 051-ə, vəfat edənlərin sayı isə 9185-ə yüksəlib.
Qeyd edək ki, İran hazırda koronavirusun ən çox yayıldığı ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.
T.İSMAYIL