Modern.az

Açıq havada idman yarışlarına yenidən qadağa qoyulur

Açıq havada idman yarışlarına yenidən qadağa qoyulur

Aktual

18 İyun 2020, 19:22

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

 

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılacaq.

 

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?