Sərhədlərin bağlı qalma müddəti avqustun 1-dək uzadılır.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva brifinqdə bildirib.
Qərargah nümayəndəsinin sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa edilməsi ölkələr arassında razılıq əsasında həyata keçirilə bilər:
"Artıq xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bunun karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqustun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".