"Bu gün özəl xəstəxanaların pandemiya xəstəxanalarına çevrilməsinə zərurət yoxdur”.
Modern.az-ın məlumatına görə, bunu "Tibbi Ərazi Bölməlırini İdarəütmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı qeyd edib ki, istənilən vəziyyətlə bağlı planlar var:
“Bu gün nəyi tətbiq ediriksə, aylar əvvəl ekspertlər tərəfindən hazırlanmış qərarlardır. Elə bir qərar qəbul edilərsə, özəl xəstəxanalar da, dövlətin təsərrüfat hesablı xəstəxanaları da prosesə qoşula bilər".
O deyib ki, digər xəstəliklərlə bağlı xidmətlərin zərər görməməsini nəzərə almalıyıq:
"Tutaq ki, ölkədəki bütün xəstəxanaları, bütün çarpayı fondunu buna yönəldək, həkimlər də tapıb gətirək, COVİD-19-la məşğul olsunlar. Məsələ budur ki, bütün çarpayı sayı doldu, digər xəstələr necə olacaq, onları necə müalicə edəcəksiniz?"