Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən, təxminən, 40-50 yaş aralığında olan kişini vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)