Hər həftə bütün ölkələrlə məsləhətləşmələr, müzakirələr aparılır. Elə bir qayda, taktika yoxdur ki, biz deyək ki, onu hansısa ölkə tətbiq etdi, biz yox.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Gürcüstan təcrübəsinin Azərbaycanda tətbiqilə bağlı sualı cavablandırarkən bildirib.
Y.Qarayeva qeyd edib ki, hər kəs öz məsuliyyətini dərk etməlidir:
"Biz həftəsonu qapanmalarda bəlli stabilləşmə əldə etsək də, istədiyimiz nəticə olmadı. Nəticənin olması üçün də hamımız qaydalara riayət edilməlidir".