Arxiv
14 Yanvar 2010, 17:29 | ÖLKƏ
Azərbaycan XİN: “Qarabağ probleminin nizamlanması ölkənin xarici siyasətində prioritetdir”

Ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivliyi ilə xarakterizə olunub. Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in 2009-cu ilin yekunlarına həsr olunmuş bugünkü məlumatında bildirilir.

“İl ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüşün və XİN başçıları arasında bir neçə görüşün keçirilməsi bundan xəbər verir. Beynəlxalq birlik münaqişədə status-kvo-nun saxlanmasının yolverilməz olduğunu və münaqişənin tezliklə həllinin vacibliyini başa düşür”,-deyə sənəddə vurğulanır.

 

Buna sübüt kimi XİN Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) prezidenlərinin Qarabağa dair 10 iyul tarixli müvafiq bəyanatını, həmçinin bu ölkələrin, Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının 1 dekabr tarixli bəyanatını yada salır.

 

“Azərbaycanın münaqişənin həllində tutduğu mövqe birmənalıdır. Münaqişə öz həllini yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və bizim dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Helsinki yekun aktına və münaqişənin nizamlanması çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaişənin dinc yolla nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlib», -deyə sənəddə bildirilir.

 

Azərbaycan XİN bildirir ki, xarici siyasət idarəsi tərəfindən indiyədək aparılan iş 2010-cu ildə və daha uzaq perspektivdə konstruktiv beynəlxalq əməkdaşlığa, sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasının inkişafına yönəlmiş milli xarici siyasət vəzifələrinin əsasını yaradıb.

 

«Əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və dövlətimizin ərazi bütövlüyünün bərpasıdır.Azərbaycanın Cənubi Qafqazda liderlik rolunun gücləndirilməsi, bərabərhüquqlu və sabit iki və çoxtərəfli münasibətlərin inkişafı, Avroatlantik inteqrasiya proseslərində iştirak və dünya enerji bazarlarına ixrac və tranzit imkanlarının genişləndirilməsilə bağlı məsələlər də prioritet olaraq qalır», -deyə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28 Polis bu meyitin yaxınlarını axtarır - FOTO 5 Dekabr 2019, 16:26 “Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT 5 Dekabr 2019, 16:18 Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC 5 Dekabr 2019, 16:18
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?