Modern.az

Texnukumların problemləri

 Texnukumların problemləri

Ölkə

15 Yanvar 2010, 10:11

Nazirlər Kabineti “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında qərar verib.

Modern.az az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlər proqram Azərbaycan Respublikasının orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun olaraq istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin edilməsi məqsədi ilə təsdiqlənib.

Qeyd edək ki, hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 57 dövlət və 3 qeyri-dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 121 ixtisas üzrə 52579 tələbə (o cümlədən 983 tələbə qeyri-dövlət məktəblərində) təhsil alır. Onların təlim-tərbiyəsi ilə 7003 müəllim məşğul olur. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində 540 min nəfərə yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10 faizə qədərini əhatə edir.

Rəsmi məlumata görə, son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda da zəruri dəyişikliklər aparılıb. Belə ki, yeni şəraitdə əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artıb.

Amma orta ixtisas təhsili sahəsində hələ də həllini tapmayan aşağıdakı problemlər mövcuddur. Məsələn texnikumların maddi-texniki bazası müasir tələblərə tam cavab vermir, tədrisdə istifadə olunan avadanlıqlar, laboratoriya, cihaz və dəzgahlar mənəvi cəhətdən köhnəlib, kompüter texnikası ilə təminatı qənaətbəxş deyil, latın qrafikası ilə çap olunmuş müasir dərslik və dərs vəsaitləri çatışmır, orta ixtisas məktəblərinin kitabxanaları və onların təminatı günün tələblərinə cavab vermir, yeni pedaqoji təlim texnologiyaları tədris prosesinə zəif tətbiq olunur, bəzi ixtisasların tədris planlarında hələ də lüzumsuz fənlər mövcuddur. Bundan başqa, əksər texnukumların yataqxanalarının olmaması respublikanın ucqar regionlarında yaşayan gənclərin təhsilə cəlb olunmasında çətinlik yaradır və s.
"2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" bu və digər problemlərin həllini nəzərdə tutur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu