Modern.az

Cəlilabadda baş həkimin evi yandı

Cəlilabadda baş həkimin evi yandı

13 İyul 2020, 21:00

Cəlilabad rayonunun Günəşli kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az məlumat verilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanan ev Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsusdur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?