Modern.az

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Aktual

26 İyul 2020, 10:07

Dünyadakı COVID-19 pandemiyası səbəbindən bəzi dövlətlərin tanınmış universitetləri ali məktəblərdə tədrisin ilin sonunadək onlayn keçiriləcəyini bəyan edib. Azərbaycanda isə təhsillə bağlı qarşıdakı bir ay ərzindəki vəziyyət qiymətləndirildikdən sonra qərar veriləcəyi bildirilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dünya təcrübəsində onlayn dərslər müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrində istifadə edilərək həyata keçirilir:

 

“Amma bizim ali təhsil müəssisələri heç bir yaddaş qurğusu və təkrar izləmə imkanı olmayan “Zoom”, “Skayp” kimi proqramlardan istifadə edərək yalnız canlı - onlayn dərs keçirlər ki, bu da effektiv deyil. Tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq, təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müəyyən müddət qeyd olunan proqramlardan istifadə etmək mümkün idi. Amma bundan davamlı olaraq istifadə etmək dügün deyil”.

 

K.Əsədov təklif edib ki, I və III kurslar ali məktəblərə 1-3-5-ci günlər gəlsin, 1-ci kurslar səhər növbəsi, 3-cü kurslar günorta növbəsi, digər kurslar isə 2-4-6-cı günlər dərsə gəlsinlər. Onlayn qaydada dərslərin həyata keçirilməsi mümkün deyil. Çünki təhsil alanlar üçün bu format əlçatan deyil. 54 ali təhsil müəssisəmizdə təhsil alan 175 min tələbəmizin hamısının kompüteri, planşeti, interneti yoxdur ki, onlar bu formatda dərslərdə iştirak etsinlər”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?