Arxiv
18 Yanvar 2010, 14:28 | ÖLKƏ
“Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı yeni layihələri var”

Xocalı soyqırımının 18-ci ildönümü yaxınlaşır. Hər il rəsmi və qeyri-rəsmi səviyyədə Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirləri keçirən təşkilatlar arasında Heydər Əliyev Fondu xüsusilə fərqlənir. Fond tərəfindən Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı hansı tədbirlər reallaşdırılacaq?

Bununla bağlı Modern.az-a açıqlama verən bitərəf millət vəkili Qənirə Paşayeva bildirib ki, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük işlər görüb. Q.Paşayeva Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki təşəbbüslərindən danışıb: “İndiyə qədər dünyanın onlarla ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması bu qəbildəndir. Bildiyiniz kimi, Xocalı soyqırımına dair müxtəlif dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib.  “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və sair tədbirlər təşkil olunub. Bunlar hamısı Fondun və ələxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətindəki xidmətləridir. Eyni zamanda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Leyla xanım Əliyevanın da təşəbbüsü ilə uzun müddətdən bəri “Xocalıya ədalət!” kampaniyası həyata keçirilməkdədir. Artıq dünyada bu kampaniyaya qoşulan insanların sayı günü-gündən çoxalmaqdadır. Bu kampaniya daha da genişlənməkdədir. Bizim hər birimiz bu kampaniyalara dəstək verməliyik. Harada yaşamağından asılı hərə gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərini dünyada təbliğ etməlidir. Burada hər kəsin üzərinə düşən bir məsuliyyət payı var və o məsuliyyət başa düşülməli, yerinə yetirilməlidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xocalı soyqırımının tanıdılmasına dair çox böyük layihələr var və bu layihələr gələcəyə doğru həyata keçiriləcək”.

İndiyədək Xocalı soyqırımının ildönümləri ərəfəsində faciənin soyqımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə gəlib. Q.Paşayeva ilə bu barədə də danışdıq. Millət vəkilinin sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı TBMM-də millət vəkillləri çıxışlar edib, bu qətliamın günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürüblər: “Amma hamımızın arzusu odur ki, TBMM-də Xocalı faciəsi ilə bağlı geniş dinləmələr təşkil olunsun və bu dinləmələrin yekun olaraq qətliamın soyqırımı aktı kimi tanınmasına dair sənəd qəbul edilsin.  Bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim ən yaxın dostumuz, qardaş dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu da qeyd edim ki, Türkiyə xalqı və dövləti daim Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə olan istək budur ki, Türkiyə parlamenti də Xocalı faciəsini soyqırımı aktı kimi tanısın. Ancaq bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Biz də Xocalı soyqırımının tanınması ilə bağlı təkcə Türkiyədən, Türkiyə parlamentindən ummamalıyıq. Bunun üçün dünyanın digər ölkələrində işlər aparmalı, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınmasına nail olmalıyıq. Bu işdə, heç şübhəsiz ki, diplomatik korpuslarımızla yanaşı, həmin ölkələrdəki diaspor təşkilatlarımızın, xaricdə yaşayan azərbaycanlılarla bağlı əlaqələndirici rolu oynayan dövlət qurumlarının üzərinə çox böyük işlər düşür. Lakin bu yerdə onu da nəzərinizə çatdırım ki, xaricdəki diasporumuzla  bağlı vəziyyət heç də arzuolunan səviyyədə deyil. Onların özlərinin də bir sıra problemlər var. Yəni, diasporumuzun milli məsələlərə sahiblənmək prosesi hələ yeni-yeni başlamaqdadır. Əgər xaricdəki diasporumuz milli məsələlərə tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi genişləndirə bilsək, onda haçansa bütövlükdə dünya tərəfindən yaxın keçmişimizdə baş vermiş Xocalı qətliamının soyqırımı aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu işləri həyata keçirmək üçün xeyli müddət tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq çətindir. Ermənilər də öz uydurma “erməni soyqırımını” tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət göstəriblər və bu fitməkar əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni, demək istəyirəm ki, Xocalı qətliamının soyqırım aktı kimi tanınması bir-iki günün məsələsi deyil. Bunun üçün hələ çox çalışmalıyıq, əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik. Bu yerdə qeyd edim ki, Xocalı faciəsinin soyqırım aktı kimi TBMM tərəfindən indiyənədək tanınmamasının da müəyyən səbəbləri var. Türkiyəli dostlarımızla bu yöndə söhbətlər apararkən onlar bildirirlər ki, buna tərəfdardılar. Ancaq onlar Türkiyənin dünyanın müəyyən reallıqları ilə üz-üzə qaldığını qeyd edərək, TBMM-in Xocalı faciəsini rəsmən soyqırım aktı kimi tanımasına çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada Türkiyə dövlətini də, Türkiyə parlamentini də, türkiyəli dostlarımızı da başa düşmək olar. Ancaq biz istərdik ki, Türkiyə parlamenti, Türkiyə dövləti Xocalı faciəsini soyqırım aktı kimi tanıyan ilk parlament, ilk dövlət olsun”.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26