Modern.az

Şəmkirdə yük maşını minik maşını ilə toqquşdu: xəsarət alan var

Şəmkirdə yük maşını minik maşını ilə toqquşdu: xəsarət alan var

Aktual

2 Avqust 2020, 21:25

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.



Hərəkətdə olan qoşqulu yük maşını ilə "Niva" markalı minik maşını toqquşub. Qəza zamanı "Niva"nın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya səbəb yağışlı hava olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır