Modern.az

Ermənistanda koronavirusdan yoluxanların sayı 40 minə yaxınlaşdı

Ermənistanda koronavirusdan yoluxanların sayı 40 minə yaxınlaşdı

Aktual

6 Avqust 2020, 11:35

Ermənistanda koronavirusa yoluxanların sayı 39 819 nəfərə çatıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 233 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 772 nəfər koronavirusdan ölüb, 7 491 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi