Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı yenidən ARTDI

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı yenidən ARTDI

Aktual

6 Avqust 2020, 21:42

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 050 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 766 179 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 144  yeni yoluxma, 3 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 247 nəfər virusa yoluxub, 479 nəfər  ölüb, 29 275  nəfər isə sağalıb. Son sutka ərzində 435 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 3 493 nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 263 nəfər müalicə alır, 58 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü